DÇ-2014-ün seçmə mərhələsində alınan uğursuz nəticələrdən sonra Polşa millisindən göndərilən baş məşqçi Valdemar Fornalikin əvəzləyicisi tapılıb. Futbolinfo.az xəbər verir ki, ölkənin futbol federasiyası 56 yaşlı çalışdırıcı Adam Navalka ilə anlaşıb.
Federasiya prezidenti Zbigiyev Boniyek 2016-cı ildə keçiriləcək Avropa Çempionatına qatılmaq istədiklərini və bu hədəfə çatmaq üçün Navalkanın doğru seçim olduğunu bildirib. Boniyek yeni baş məşqçi ilə noyabrın 1-də rəsmi müqavilə imzalanacağını deyib.
Qeyd edək ki, polşalı mütəxəssis 2010-cu ildən bəri yerli “Qornik Zabrze” klubunda baş məşqçi işləyir.





