İsrailli futbolçu Yossi Benayun özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi KPR-lə anlaşmaq üzrədi.
Hazırda Çempionşipdə çıxış edən London klubunun baş məşqçisi Harri Rednapp da Benayunun xidmətində maraqlı olduqlarını təsdiqləyib.
Xatırladaq ki, buna qədər Benayun İngiltərənin "Vest Hem", "Liverpul", "Çelsi" və "Arsenal" klublarında forma geyib.





