İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, dekabrın 16-da başlayacaq mərhələdə kifayət qədər maraqlı oyunlar olacaq.
Sonuncu – 8-ci komanda noyabrın 6-da keçiriləcək “Sanderlend” – “Sautqempton” görüşündən sonra məlum olacaq.
Püşk aşağıdakı komandaları bir-birinə rəqib edib:
"Lester" – "Mançester Siti"
"Stok Siti" – "Mançester Yunayted"
"Sanderlend" / "Sautqempton" – "Çelsi"
"Tottenhem" – "Vest Hem".





