"Milan"ın sabiq futbolçusu Klarens Zeedorf 2012-ci ildə bu klubu tərk etməsinin səbəbini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Hollandiya millisinin sabiq üzvü gedişinin səbəbkarı kimi "rossenyerlər"in baş məşqçi Massimiliano Alleqrini göstərib:
"Komandadan gedişimin yalnız 1 səbəbkarı var. O da Alleqridi. Onunla anlaşmamız istənilən səviyyədə deyildi. Alleqri böyük oyunlarda – "Barselona" və "Yuventus"la matçlarda məni meydana buraxırdı. Amma sonradan 4 matçda ehtiyatda qalırdım. Mən bu cür vəziyyətə öyrəşməmişdim. Bunadək daim meydanda olmuşam. Yaşımın çoxluğu sadəcə bəhanə idi. Ona qalsa, məndən də yaşlı futbolçular komandada qaldılar".
Xatırladaq ki, Zeedorf hazırda Braziliya “Botafoqo”sunun şərəfini qoruyur.





