Fransa prezidenti Fransua Olland ölkədəki futbolçularla bağlı yeni açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, ölkənin aparıcı futbol klublarının yüksək gəlirli futbolçularına qoyulan vergilərin ləğv edilməyəcəyini bildirib.
Həmin qanuna əsasən gəlir vergisi 75 faiz nisbətndə də qalacaq. Xatırladaq ki, Fransa futbol klubları noyabrın sonuncu bazar günü tətil etmək niyyətində olduqlarını bildirib. Onlar hökumətin milyonçular üçün gəlir vergisini 75 faizədən aşağı salmamasına etiraz etmək niyyətindədi. Prezidentlə görüşdən sonra klub rəhbərləri tətil planından əl çəkmədiklərini bildiriblər. Həmin günlərdə birinci və ikinci divizionun oyunları keçirilməyəcək. Parlamentdə həmin gün bu qanun layihəsinə baxılacağı gözlənilir.
Bütün bu olanlardan sonra klublar futbolçuların ölkəni tərk edəcəyindən ehtiyatlanır.





