Hazırda davam edən Topaz Premyer Liqasının 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, qonaqların hücumçusu Ağabala Ramazanov yan xətt hakimini vurub.
Belə ki, matçın 83-cü dəqiqəsində autdan topu oyuna daxil edən Ramazanov onu yan xətt hakiminin üstünə atıb. Bu hərəkətinə görə gənc hücumçu baş hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.





