“Liverpul”un ulduz qolçusu Luis Suareslə yay transfer dövründən bəri maraqlanan “Arsenal” uruqvaylıdan imtina edib. Futbolinfo.az xəbər verir ki, London klubu qış fasiləsində forvarda görə yenidən danışıqlara başlamayacaq.
Yayda təxminən 45 milyon avroluq təkliflə mersisaydların qapısını döyən “topçular” hazırkı heyətin çıxışından razı olduğu üçün belə bir addım atıb. Məsut Özilin heyətə qatılması, Olivye Jirunun əla forada olması və Cek Uilşerin də cari mövsüm hücuma layiqincə dəstək olması kimi faktorlarda məsələdə həlledici rol oynayıb.
Qeyd edək ki, “Arsenal” yayda Qonzalo İquayn, Ueyn Runi və Stevan Jovetiçi rənglərinə qatmağa çalışmış, ancaq bunu bacarmamışdı.





