“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş AZAL ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Qol imkanlarımız az oldu, amma yarada bilərdik. Nəticədən və oyundan razıyam. Komandada qələbə əzmi var idi, sona kimi mübarizə apardılar. Pərdis Fərcad-Azad ötən mövsüm bizə çox kömək etdi, bu mövsüm də ümid edib 90 dəqiqə oynadırıq. Qapıya zərbə endirməsə də, oyunda özünü yaxşı tərəfdən göstərdi. Hücumçu üçün qol imkanını yarımmüdafiə xətti yaratmalıdı. Yarımmüdafiədə sürətli futbolçularımız var, fiziki cəhətdən hazır saydığımız futbolçuları heyətə daxil etdik. Samir Abasov və Aleksandr Çertoqanov birlikdə oynayanda komandamız məğlub olmur. Aqşin Muxtaroğlu çox qaçır, lakin faydalı iş əmsalı aşağıdı. Ötürmələrindən narazıyam, bəzən çox bəsit səhvlər edir”.





