Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, liderlər bu turu itkisiz başa vurublar.
 
Hesabat turuna "Qalatasaray" – "Konyaspor" qarşılaşması ilə start verilib. Droqba və Burakın vurduğu qol komandasına vacib 3 xal qazandırıb.
 
Turnir cədvəlinin birinci pilləsində yer alan İstanbulun "Fənərbaxça" komandası isə "Bursaspor"un qonağı olub. Gərgin və bol qollu keçən qarşılaşmanın yekun hesabı qonaqların xeyrinə olub. Egemenin son saniyələrdə vurduğu qol sayəsində "Fənərbaxça" 3:2 hesablı qələbəni bayram edib.
 
Cədvəlin ikinci pilləsində yer alan "Kasımpaşa" 3 xalı asanlıqla qazanıb. Səfərdə "Ərciyəsspor"la qarşılaşan "Kasımpaşa" rəqib qapısından 3 cavabsız top keçirib.
 
Digər qarşılmalarda bu nəticələr qeydə alınıb:
 
Türkiyə Super Liqası
11-ci tur
1 noyabr
 
Qalatasaray –  Konyaspor – 2:1
Qollar: Didye Droqba, 45, Burak Yılmaz, 67 – Recep Aydın, 16.
 
2 noyabr
 
Bursaspor – Fənərbaxça – 2:3
Qollar: Fərhat Kiraz, 19, Pablo Martin Batalya, 90 – Vebo, 63, Emenike, 83, Egemen 90+4.
 
Ərciyəsspor – Kasımpaşa – 0:3
Qollar: Adem Büyük, 7, 29; Büyüksal, 74.
 
3 noyabr
 
Trabzonspor – Elazığspor – 4:0
Qollar: Yusif Ərdoğan, 27, Henrike, 58, Olcan Adin, 69, Emre Güral, 79.
 
Beşiktaş – Karabükspor – 0:0
 
Rizespor – Akhisar – 0:0
 
4 noyabr
 
22:00. Qaziantepspor – Sivasspor
22:00. Gənclərbirliyi – Əskişəhərspor
22:00. Antalyaspor – Kayserispor
 
1 Fenerbahce 10 8 1 1 24 11 +13 25
2 Kasimpasa 10 7 0 3 22 13 +9 21
3 Galatasaray 10 5 4 1 17 10 +7 19
4 Besiktas 10 5 3 2 15 10 +5 18
5 Trabzonspor 10 5 2 3 12 9 +3 17
6 Eskisehirspor 9 5 1 3 14 7 +7 16
7 Sivasspor 9 5 1 3 16 12 +4 16
8 Akhisar BS 10 4 3 3 13 10 +3 15
9 Rizespor 10 4 3 3 14 13 +1 15
10 Bursaspor 10 4 2 4 10 12 –2 14
11 Antalyaspor 9 3 4 2 9 7 +2 13
12 Karabukspor 10 2 4 4 7 10 –3 10
13 Konyaspor 10 3 1 6 10 16 –6 10
14 Gaziantepspor 9 2 2 5 11 17 –6 8
15 Genclerbirligi 9 2 1 6 7 11 –4 7
16 Elazigspor 10 2 1 7 11 26 –15 7
17 Erciyesspor 10 1 3 6 6 15 –9 6
18 Kayserispor 9 1 2 6 7 16 –9 5
Shares: