Bu gün “Parken” stadionunda keçiriləcək “Kopenhagen” – “Qalatasaray” qarşılaşması İstanbul klubu üçün xüsusi anlam daşıyır. Futbolinfo.az xəbər verir ki, “Cim-Bom” düz 13 il öncə bu stadionda tarixindəki ilk avrokubok sevincini yaşayıb.
2000-ci ilin mayın 17-də keçirilən UEFA Kuboku finalında “Arsenal”ı penalti seriyasında məğlub edən "sarı-qırmızılar” kubokun sahibi olmuşdu.
Qeyd edək ki, bu gün komandada həminki heyətdən iki nəfər – Tuqay Kərimoğlu və Klaudio Taffarel var. Amma onlar indi futbolçu yox, məşqçi qismində “Qalatasaray”a xidmət edir.





