PSJ Çempionlar Liqasının qrup mərhələsində "Anderlext"lə matça ciddi itkilərlə çıxa bilər. Futbolinfo.az xəbər verir ki, hazırda ÇL-də Kriştanu Ronaldodan sonra ən məhsuldar ikinci futbolçu olan Zlatan İbrahimoviç (6 qol) dizindəki ağrı səbəbindən problemlər yaşayır.
 
Son məlumatlara görə, parislilərin lideri axşamkı oyunu kənardan izləyə bilər.
Cümə günü ölkə çempionatında "Loryan"la oyunda forma geyə bilməyən isveçli hücumçunun "Anderlext"lə görüşdə iştirak etmək şansının 50 faiz olduğu bildirilir.
 
Topuğundan zədələnən klubun digər futbolçusu Edinson Kavanin durumu isə matç saatı bəlli olacaq.
Shares: