AFFA İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakı” – “Simurq” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunublar.
“İnter” – “Rəvan” matçı başa çatdıqdan sonra “İnter” klubu matçın videoyazısını təqdim etmədiyi üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”əın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın gedişində stadionun diktoru tərəfindən “Neftçi” klubunun azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə klub 2000 manat cərimə olunub.





