Futbol üzrə 2010/11 mövsümü Türkiyə futbolu üçün olduqca qalmaqallı keçmişdi. Futbolinfo.az xəbər verir ki, məhz bu üzdən UEFA həm Türkiyə çempionatının,həm də Türkiyə kubokunun həmin mövsümdəki nəticəsini tanımamışdı.
 
TFF-nin vaxtında tədbir görməməsi nəticəsində hətta UEFA özü bu işə müdaxilə etmək məcburiyyətində qalmışdı. Müdaxilənin nəticəsi ötən gün UEFA-nın rəsmi saytından rəsmi şəkildə açıqlanıb. Belə ki, UEFA "Beşiktaş"ın qazandığı Türkiyə kubokunu klubun əlindən alıb.
 
Xatırladaq ki, oyun alqı-satqısında şübhəli bilinən "Fənərbaxça" klubunun da məhkəmə prossesi davam edir və yaxın günlərdə bu məsələyə də aydınlıq gətiriləcək.
Shares: