"Roma"nın kapitanı Françesko Tottini yaşıl meydanlara qayıtması uzun çəkə bilər. İtaliya mətbuatına inansaq, yarımmüdafiəçinin sağalması gözləniləndən 20 gün gec baş tutacaq.
Futbolinfo.az xəbər verir ki, oktyabrın 18-də A Seriyasında "Napoli" ilə matçda zədələnən təcrübəli futbolçunun bir ay forma geyə bilməyəcəyi açıqlanmışdı. Ancaq bu gün yenidən tibbi müayinədən keçən 37 yaşlı oyunçunun zədəsinin daha ciddi olduğu məlum olub.
Bu səbəbdən onu ən tez dekabrın 8-də "Fiorentina" ilə matçda görə biləcəyik.





