İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Qoran Eriksson maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, isveçli mütəxəssis gələn il Braziliyada keçiriləcək dünya çempionatında Avropa təmsilçilərinin qalib olacağına inanmadığını bildirib:
 
"İnanmıram ki, İngiltərə, yaxud digər Avropa komandası Braziliyada dünya çempionu olsun. Hazırda İngiltərə millisinin heyətində xeyli sayda gənc futbolçu var. Onların təcrübə toplaması üçün zaman lazımdı. Odur ki, ingilislər Rusiyada keçiriləcək mundialda qızıl medallara ümid edə bilərlər. Ümumiyyətlə, başqa yerdə çempion olmaq asandır, nəinki Braziliyada. İstənilən Avropa ölkəsi üçün Braziliyada çempion olmaq çox çətindi".
 
Xatırladaq ki, Erikson 2001-06-cı illərdə İngiltərəni çalışdırıb.
Shares: