2014-cü il yanvarın 3-dən 12-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı ənənəvi beynəlxalq turnir təşkil olunacaq. Futbolinfo.az xəbər verir ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan yığması da bu turnirdə iştirak edəcək.
Yığmamızdan əlavə, yarışda Rusiya, Moldova, Belarus, Yunanıstan, İran, Latviya, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya, Estoniya, Yaponiya və Sankt-Peterburq yığmaları mübarizə aparacaq.





