"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının qrup mərhələsində ÇSKA ilə oyundan (5:2) sonra iddialı açıqlama verib. Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu qələbə ilə tarixində ilk dəfə turnirin pley-offuna yüksələn komandanın çalışdırıcısı ÇL-dəki bütün klubları məğlub edə biləcəklərini deyib:
 
"Yaxşı oynadığımız zaman hər kəsə qalib gələ bilərik. Avropanın ən ciddi komandaları rəqibimizdir. Artıq qrupdan çıxmışıq. İki mövsümdən sonra bu uğura nail olduq. Əminəm ki, heç bir komanda püşkatmada bizimlə düşmək istəməz".
Shares: