UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, E, F, G və H qruplarında 8 oyun baş tutub.
 
E qrupunda liderlər – "Çelsi" və "Şalke" İngiltərədə üz-üzə gəlib. London klubu evdə darmadağına imza ataraq ən yaxın izləyicisini 3 xal geridə qoyub. Qrpun digər oyununda "Bazel"lə "Styaua" sülhə razılaşıb.
 
F qrpunda Dortmund "Borussiya"sı "Arsenal"ı qəbul edib. London təmsilçisi səfər matçında minimal hesablı qələbə qazanaraq liderliyi ələ keçirib. "Napoli" isə dramatik matçda Marsel "Olimpik"inə qalib gəlib.
 
G qrupunda lider "Atletiko" autsayder "Austriya"nı 4 cavabsız qolla yenib. Bununla da Madrid klubu "Bavariya" və "Mançester Siti"dən sonra 1/8 finala vəsiqə qazanan üçüncü komanda olub. Qrupun digər oyununda "Zenit" "Portu" ilə sülh bağlayıb.
 
G qrupunda Çempionlar Liqasının ən maraqlı qarşılaşmalarından biri baş tutub. Belə ki, "Barselona" "Milan"ı qəbul edib. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Bu dəfə isə "Barsa" rəqibinə şans verməyib – 3:1. Qrupun digər oyununda "Ayaks" "Seltik"ə minimal hesabla qalib gəlib.
 
Çempionlar Liqası
Qrup mərhələsi
4-cü tur
6 noyabr
 
E qrupu
 
Çelsi (İngiltərə) – Şalke (Almaniya) – 3:0
Qollar: Eto`O, 31; 54, D.Ba, 83.
 
Bazel (İsveçrə) – Styaua (Rumıniya) – 1:1
Qollar: Sio, 90+2 – Pyovakkari, 17.
 
1 Çelsi 4 3 0 1 11 2 +9 9
2 Şalke 4 2 0 2 4 6 –2 6
3 Bazel 4 1 2 1 4 4 0 5
4 Styaua 4 0 2 2 2 9 –7 2
 
F qrupu
 
Napoli (İtaliya) – Olimpik (Marsel, Fransa) – 3:2
Qollar: G.İnler, 22, İquayn, 24; 75 – Ayev, 10, Tauvin, 64.
 
Borussiya (Dortmund, Almaniya) – Arsenal (İngiltərə) – 0:1
Qol: Remzi, 62.
 
1 Arsenal 4 3 0 1 6 3 +3 9
2 Napoli 4 3 0 1 7 6 +1 9
3 Borussiya D 4 2 0 2 6 4 +2 6
4 Olimpik M 4 0 0 4 4 10 –6 0
 
G qrupu
 
Zenit (Rusiya) – Portu (Portuqaliya) – 1:1
Qollar: Halk, 28 – Qonsales, 23.
 
Atletiko (İspaniya) – Austriya (Avstriya) – 4:0
Qollar: Miranda, 11, R.Qarsiya, 25, Felipe, 45, D.Kosta, 82.
 
1 Atletiko M 4 4 0 0 12 2 +10 12
2 Zenit 4 1 2 1 3 4 –1 5
3 Portu 4 1 1 2 3 4 –1 4
4 Austriya 4 0 1 3 0 8 –8 1
 
H qrupu
 
Ayaks (Hollandiya) – Seltik (Şotlandiya) – 1:0
Qol: Skone, 51.
 
Barselona (İspaniya) – Milan (İtaliya) – 3:1
Qollar: Messi, 30-pen; 83, Buskets, 40 – Pike, 45+1-öz qapısına.
 
1 Barselona 4 3 1 0 9 2 +7 10
2 Milan 4 1 2 1 5 5 0 5
3 Ayaks 4 1 1 2 3 7 –4 4
4 Seltik 4 1 0 3 2 5 –3 3
Shares: