"Komandada Kristian Torres zədəlidi və "Sumqayıt"a qarşı forma geyinə bilməyəcək. Ondan başqa bütün futbolçular sabahkı oyuna hazırlaşır". Bu sözləri Futbolinfo.az saytına açıqlamasında "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib.
 
Diniyev "Sumqayıt"la oyun haqda bunları dilə gətirib: "Bizi çətin oyun gözləyir. Həm "Sumqayıt"ın, həm də "Rəvan"ın yerləşdiyi mövqe yaxşı deyil. Təəssüflər olsun ki, biz autsayder olmamaq uğrunda mübarizə aparacağıq. Sabahkı oyunda kim daha çox diqqətli oynasa, az səhv etsə, oyunun qalibi də həmin komanda olacaq. "Sumqayıt" bizdən bir xal geridədi və çox güman ki, hücum oyunu oynayacaq. Biz də bundan yararlanmağa çalışmalıyıq".
Shares: