"Çelsi"nin qapıçısı Mark Şvartser Avstraliya millisindəki karyerasını başa vurub. Futbolinfo.az saytının məlumatına görə, bu barədə təcrübəli qolkiperin özü açıqlama verib.
Bununla da, 41 yaşlı qapıçı qarşıdakı dünya çempionatında Avstraliya millisinə kömək edə bilməyəcəyini açıqlayıb.
Bundan sonra Şvartserin əvəzinə yığmada “Borussiya”da çıxış edən Mitsel Lanqerakın əlcək geyəcəyi gözlənilir.





