FİFA İrana xəbərdarlıq edib. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumu həyatın bir çox sahələrində qadınlara qadağalar qoyan cənub qonşumuzun stadion qapılarını xanımların üzünə açmasını tələb edib.
İranda qadınların stadionlara girməsi qadağandı. FİFA prezidenti Yozef Blatter bu qadağanın ləğvini İranda səfərdə olarkən tələb edib. İran parlamentinin sədri Ali Laricani ilə görüşən qurum rəhbəri bunları deyib:
"Ona bununla bağlı fikirlərimi çatdırdım. Ali Laricani müvafiq addımlar atacaqlarını bildirib. Ölkə qanunlarının dəyişdirilməsini istəmirəm, ancaq FİFA prezidenti və İslam ölkələrində futbolun müdafiəçisi olaraq siyasi rəhbərlərə bu məsələ ilə bağlı tələblərimi çatdırmalı idim".





