"Arsenal" "Mançester Yunayted"in hücumçusuna elçi düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət 24 yaşlı futbolçu Xavyer Ernandesdən gedir.
 
"Topçular"ın baş məşqçisi Arsen Venger komandasının hücum xəttini gücləndirmək üçün bu fikirlə çıxış edib. Son vaxtlar "M.Y."nin əsas heyətinə düşməkdə çətinlik çəkən meksikalınıln da bu təklifə müsbət yanaşacağı iddia olunur.
 
Ernandes 2010-cu ildən mankunyanların formasını geyir.
Shares: