Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Rəvan”ın qonağı olan “Sumqayıt” rəqib meydanından bir xalla ayrılmağı bacardı. Oyundan sonra fikirlərini futbolinfo.az saytına bölüşən “Sumqayıt”ın futbolçusu Aleksandr Çertoqanov oyuna belə şərh verdi:
“Ağır, ama bir o qədər də baxımlı oyun oldu. Havanın küləkli olması biraz mane olurdu. Ancaq mənə elə gəlir ki, hər iki komanda sona kimi mübarizə apardı. Hesab oyuna uyğun oldu”.





