Ukraynanın gəlmiş-keçmiş ən yaxşı futbolçusu sayılan Andrey Şevçenko məşqçiliyə başlamağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, artıq o, gələn təklifləri sərbəst şəkildə dəyərləndirə bilər.
 
Axı “Şeva” məşqçilik lisenziyasını rəsmən əldə edib: “Məşqçi kimi işləmək üçün məktəbə lazımı dərsləri aldı. Düşünürəm ki, 20 illik futbolçu karyeram ərzində qazandığım təcrübə də mənə çox kömək edəcək”.
 
Xatırladaq ki, “Dinamo” (Kiyev), “Milan” və “Çelsi” kimi klublarda çıxış etmiş Şevçenko 2012-ci ildə futbolçu karyerasını başa vurub.
Shares: