Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL-ın qonağı olan lider “Qarabağ” rəqib meydanında xal itirdi. 1:1 hesabıyla başa çatan oyundan sonra “Qarabağ”ın alban futbolçusu Ansi Aqolli futbolinfo.az saytına müsahibəsində bu xal itkisi ilə bağlı fikirlərini bölüşüb:
 
“AZAL-la oyunlar bizim üçün çətin olur. İlk oyunda da öz meydanımızda bizi məğlub etmişdilər. Ona görə bu oyunda qələbə qazanmaq mütləq idi. Ancaq yenə də rəqib bizə qarşı müqavimət göstərək xal qazanmağı bacardı. Təəssüflənirəm”.
Shares: