Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran" – "Qəbələ" matçı meydan sahibləri üçün yenə uğurlu alınmadı. Futbolinfo.az xəbər verir ki, "Fırtınalar meydanı"nda baş tutan görüş qolsuz heç-heçə ilə bitdi.
Növbəti uğursuzluq cənub təmsilçisinin fanatlarını yenidən coşdurdu. Güclü yağış yağmasına baxmayaraq, komandalarını dəstəkləməyə gələn lənkəranlı azarkeşlər xüsusilə ikinci hissədən etibarən baş məşqçi Con Toşakı, eləcə də klub rəhbərliyini istefaya səslədilər.
"Xəzər Lənkəran" azarkeşləri Toşakla bağlı xüsusi plakat da asmışdılar: "Tosak we need not you" (Toşak, sən bizə lazım deyilsən).





