Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Neftçala” – “Ağsu” matçında “Ağsu”nun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Araz Naxçıvan” – “Bakılı” matçında “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Turan-T” – “Şuşa” matçının 89-cu dəqiqəsində “Şuşa”nın futbolçusu Fransis Boadi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Karvan” – “Lokomotiv” matçında “Karvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Göyəzən” – “Şahdağ” matçının 63-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Əlibabayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
Shares: