İtaliya A seriyasında çətin günlər keçirən "Sampdoriya"da gözlənilən baş verib. Futbolinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Delio Rossi istefaya göndərilib.
 
Hazırda autsayderlər qrupunda – turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan klub rəhbərliyi komandanın son üç matçda uduzmasını həzm edə bilməyib. İtaliya mətbuatı iddia edir ki, Rossini bu postda Sinisa Mixayloviç və ya Zdenek Zeman əvəzləyəcək.
 
Qeyd edək ki, Rossi 2012/13 mövsümünün ortasından "Sampdoriya"nı çalışdırırdı.
Shares: