Braziliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanan İtaliya millisinin baş məşqçisi Çezare Prandelli oyunçulara qadağalar tətbiq edəcəyini söyləyib. Futbolinfo.az xəbər verir ki, bu qadağalar ilk dəfə Danimarka millisində 2012-ci il Avropa çempionatında tətbiq edilmişdi.
Həmin qadağaları Prandelli belə açıqlayıb:"Bilirəm ki, oyunçularım həmvətənləriylə "Tvitter"də və digər sosial şəbəkələrdə danışmağı xoşlayır. Lakin sosial şəbəkələrə daxil olmağı DÇ boyunca oyunçularıma qadağa edəcəm. Onlar əgər nəsə demək istəyirlərsə, mətbuat konfransında deməlidilər. Ailələri ilə yalnız otelin görüşmə zalında görüşə bilərlər. Otaqlarına əlavə yemək gətirmək də qadağan olunacaq".





