Türkiyənin PTT 1-ci Liqasında çıxış edən "Dənizlispor" yanvar ayında azərbaycanlı futbolçusu Arif İsayevlə yollarını ayıracaq. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yusuf Şimşək açıqlamasında deyib.
Komandanın yeni çalışdırıcısı Türkiyə mətbuatına müsahibəsində bildirib ki, o, İsayev istənilən oyunu sərgiləmədiyi üçün belə bir qərar verib: "Bundan sonra mütləq əcnəbi oyunçu almaq kimi bir israrımız yoxdu. Amma yerli futbolçular transfer edə bilərik".
 
Qeyd edək ki, "Dənizlispor"da İsayevlə yanaşı, Saşa Yunisoğlu da forma geyir.
Shares: