PSJ-nin və İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç “Qızıl Top”a özü ilə yanaşı, əsas namizəd futbolçular – Kriştianu Ronaldo, Lionel Messi və Frank Riberi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, İbrahimoviç onlardan hər üçünün bu mükafata layiq olduqlarını bildirib.
 
"Qızıl Top"a namizəd bir çox futbolçu var. Riberi möhtəşəm oynayır. O, ötən il mümkün olan bütün mükafatları qazandı. Messi isə sözün həqiqi mənasında istedadlı futbolçudu. Kriştianu Ronaldo isə digərləri kimi çox gözəl mövsüm keçirib".
 
İbrahimoviç mükafatı kimin qazanacağına dair isə dəqiq proqnozunun olmadığını bildirib.
Shares: