Artur Vidal Çili yığmasının heyətindən kənarlaşdırılıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidi.
 
Bu xəbərdən sonra Vidalın klubu “Yuventus” da təşvişə düşüb. Milli komandanın həkimi yarımmüdafiəçinin sağ ayağının zədəli olduğunu bildirib. Futbolçunun sağalması 2 həftə çəkəcək. Bu isə o deməkdi ki, Arturo millinin heyətindən kənarlaşdırılıb. Vidal “Yuventus”un bazasında müalicə alacaq.
Shares: