“Fikrimcə, dünya çempionatının Ronaldodan çox mənə ehtiyacı var” . Bu sözləri İsveç millisinin lideri Zlatan İbrahimoviç Portuqaliya yığması ilə DÇ-2014-ün pley-off oyunu öncəsi çempionatının “pley-off” matçı öncəsi deyib.
 
Futbolinfo.az xəbər verir ki, o, rəqib komandanın hücumçusu Kriştianu Ronaldo ilə müqayisədə azarkeşlərə daha baxımlı oyun göstərməyə qadir olduğunu söyləyib: “Mənim vura bildiyim qollar heç kimdə alınmayacaq. Hesab edirəm ki, azarkeşlər Braziliyada məhz məni görmək istəyirlər. Amma oyunçu kimi Ronaldoya hörmətim var, onun ən yaxşılardan olduğuna şübhəm yoxdu”.
 
Qeyd edək ki, Portuqaliya – İsveç oyunu sabah keçiriləcək. Cavab görüşü isə noyabrın 19-da İsveçdə baş tutacaq. İki oyunun nəticəsində qalib komanda Braziliyadakı mundilala yollanacaq.
Shares: