Almaniya millisinin və "Bayern"in şərəfini qoruyan 24 yaşlı futbolçu Tomas Müller komandanın hədəflərindən danışıb. Futbolinfo.az xəbər verir ki, alman mətbuatına verdiyi açıqlamada Müller bunları deyib:
 
"Mövsümün ilk hissəsin məğlubiyyətsiz başa vurmaq istəyirik. Doğrudu, ötən il buna yaxın olduq, lakin sonda "Bayer"ə (Leverkuzen) uduzduq. Çempionatın gərgin keçməsi bizi bütün oyunlarda qalib gəlməyə məcbur edir".
 
Xatırladaq ki, "Bayern" klubu hazırda Avropanın müxtəlif çempionatlarında öz yoluna məğlubiyyətsiz davam edən klublardan biridi.
Shares: