Madrid “Real”ının sabiq qapıçısı Antonio Adan karyerasını İtaliya çempionatında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, “Kalyari” 26 yaşlı qolkiperlə razılıq əldə etməyə çox yaxındı.
 
Klub mövsümün sonunda müqaviləsi başa çatacaq əsas qapıçısı Mikel Aqassinin yerini doldurmaq üçün Adanı heyətə qatmaq istəyir. “Kalyari” hazırda azad agent olan ispaniyalı oyunçunu yanvarda transfer edərək əsas heyət qapıçısı kimi hazırlamaq fikrindədi.
 
Qeyd edək ki, Adan cari ilin sentyabr ayında “Real”dan ayrılıb.
Shares: