AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Avropa Liqasının L qrupunda noyabrın 28-də, Astana şəhərində keçiriləcək "Şaxtyor" (Karaqandı, Qazaxıstan) – PAOK (Yunanıstan) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər çərçivəsində Elçin Məmmədov Qazaxıstan Futbol Federasiyasının lisenziyalaşdırma şöbəsinin əməkdaşları ilə görüşəcək və bu sahədə görülən işlərlə bağlı təcrübə mübadiləsi aparılacaq.





