Dünən Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutan "Sumqayıt" – "Simurq" oyununda bir sıra yerli məşqçilər də iştirak edirdi. Futbolinfo.az xəbər verir ki, onların bu qarşılaşmanı canlı izləməsi səbəbsiz deyilmiş.
 
Belə ki, hazırda AFFA tərəfindən UEFA-nın A kateqoriyalı məşqçi kursu keçirilir. Dekabrın 7-dək davam edəcək kursa almaniyalı mütəxəssislər Nikolay Adam və Torsten Spittler rəhbərlik edir. Bu kurslarda iştirak edən 14 məşqçi arasında Tərlan Əhmədov, Mahmud Qurbanov, Aqil Məmmədov, Mirbağır İsayev və başqaları da var. Sözügedən gənc mütəxəssislərin Sumqayıta yollanması da məhz bu oyunla bağlı kursda müvafiq analizlərin aparılmasıdı.
Shares: