Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev iş yerini dəyişməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın kapitanının Topaz Premyer Liqasının digər iddialı klublarından birinə keçməsi gözlənilir.
Hazırda onun xidmətində "Qarabağ" və "Qəbələ" klubları maraqlıdı. Lakin Ağdam klubu bu mübarizədə daha şanslı hesab olunur. Əldə etdiyimiz məlumata görə, hətta Əmirquliyevlə Ağdam klubunun nümayəndələri arasında bu transferlə bağlı ilkin görüş də olub. Elə futbolçu özü də "Qarabağ"da oynamaqda maraqlıdı.
Amma Rahidin "Xəzər Lənkəran"da qalmaq ehtimalı da var. Bu, daha çox yeni baş məşqçi təyin olunması gözlənilən Mustafa Dənizlidən asılıdı. Çox güman ki, yeni baş məşqçi amili Əmirquliyevin qalıb-qalmamaq barədə qərarına təsirini göstərəcək.





