Azərbaycanlı futbolçular – Fərid Quliyevlə Murad Axundzadənin şərəfini qoruduğu "Kahramanmaraşspor"da daha bir baş məşqçi dəyişikliyi baş verib. Futbolinfo.az xəbər verir ki, həmyerilərimiz bundan sonra Orhan Şeritin başçılığı altında meydana çıxacaq.
Qeyd edək ki, PTT 1-ci Liqasında mübarizə aparan "Kahramanmaraşspor"un keçmiş baş məşqçisi Yılmaz Özləm idi. O, komandasının "Adana Dəmirspor" məğlubiyyətindən sonra rəhbərliklə görüşərək istefa verdiyini bildirib. Nəticədə, klub rəhbərliyi yeni baş məşqçi axtarışına çıxmaq məcburiyyətində qalıb.





