Vaxtilə  İstanbul "Qalatasaray"ını çempion etmiş belçikalı Erik Geretsin beyninə qan sızıb. Futbolinfo.az saytı xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
 
Artıq Gerets özü də səhhəti ilə bağlı açıqlama verib: "Səhər yuxudan oyanarkən sağ ayağımda ağrı olduğunu hiss etdim. Klubun həkiminin yanına getdim və dərhal təcili tibbi yardım maşını çağıraraq məni xəstəxanaya apardılar. Həkim mənə çox kiçik beyin qanaması keçirdiyimi bildirdi. Dərhal Belçikaya getmək istədim. Ancaq bildirdilər ki, 3 həftə təyyarəyə minə bilmərəm".
 
Məlumat üçün qeyd edək ki, təcrübəli baş məşqçi hazırda Qətərin "Lekviya" klubunu çalışdırır.
Shares: