“Barselona”nın həkimləri komandanın zədəli forvardl Lionel Messi haqqında mütəmadi informasiya verməyə davam edirlər. Futbolinfo.az xəbər verir ki, "Betis"lə matçda zədələnən qolçunun vəziyyəti haqqındakı nıvbəti şərh azarkeşlərin ürəyinə su səpib.
Belə ki, Kataloniya klubundan verilən açıqlamada oyunçunun müalicəsinin birinci hissənin tamamladığı vurğulanıb. Hazırda Leonun vəziyyəti stabildi. Messinin sağalma prosesi gözlənildiyindən sürətlə gedir.
Qeyd edək ki, 26 yaşlı ulduz müalicəsinin ikinci hissəsini Argentinada davam etdirmək məqsədi ilə bu gün ölkəsinə yollanıb.





