Avropanın nüfuzuna görə ikinci dərəcəli klub turniri – Avropa Liqasının qrup mərhələsində 5-ci tur arxada qaldı. Futbolinfo.az xəbər verir ki, dünən baş tutan qarşılaşmalardan sonra bəzi qruplarda adını son 32 komanda arasına yazdırmağı sığortalayanlar oldu.
Arasında Türkiyə təmsilçisi “Trabzonspor”, pley-off mərhələsində “Qarabağ”ı turnirdən kənarlaşdıran “Ayntraxt” və Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in də olduğu 17 komanda ilə yanaşı, 1/16 fianla vəsiqə alan digər 15 klubun adına isə sonuncu turda aydınlıq gələcək.
1/16 finala vəsiqəni təmin edən komandalar bunlardı:
“Trabzonspor” (Türkiyə), “Valensiya” (İspaniya), “Rubin” (Rusiya), “Genk” (Belçika), “Ludoqorets” (Bolqarıstan), Zalsburq (Avstriya), Esbyerq (Danimarka), “Fiorentina” (İtaliya), “Dnepr” (Ukrayna), “Ayntraxt” (Almaniya), “Tottenhem” (İngiltərə), Anji (Rusiya), Latsio (İtaliya), “Olimpik” (Lion, Fransa), “Betis” (İspaniya), PAOK (Yunanıstan), “Alkmaar” (Hollandiya).





