40 yaşını qeyd edən "Mançester Yunayted" klubunun futbolçusu Rayan Qiqqz karyerasını başa vurmaq niyyətində olmadığını bildirib. Futbolinfo.az xəbər verir ki, futbolçu oynamağa davam etmək qərarında olduğunu deyib:
 
“Yaxşı oyunçular və məşqçilərdən qurulan bir komandada oynadığım və karyeram ərzində yalnız "Mançester Yunayted"in formasını geyindiyim üçün çox şanslıyam. Təbii ki, çətin anlarım da olub. Ancaq hələ də futboldan zövq alıram. Çünki hələ də kuboklar qazanmaq istəyirəm. Əgər başqa komandaya transfer olunsaydım, çoxdan karyeramı başa vurardım. Lakin "Mançester Yunayted"də özümə çox yaxşı baxıram. Daim məşq edirəm və "11-liy”ə düşmək üçün mübarizə aparıram. Gənc futbolçular mənim barədə nə düşünürlər bilmirəm, amma mən 17-18 yaşlarında olarkən 31 yaşlı oyunçulara yaşlı kimi baxırdım. Ancaq hazırda 40 yaşım var və hələ də futbol oynayıram".
 
Qeyd edək ki, "Mançester Yunayted"in heyətində 953 oyuna çıxan Qiqqz bu komandanın heyətində 168 dəfə rəqib qapılarına yol tapıb.
Shares: