“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola bundesliqada daha bir rekord yeniləyib. Futbolinfo.az xəbər verir ki, o, Almaniya çempionatı başlayandan bəri ardıcıl 14 oyunda məğlub olmayıb.
Qvadioladan əvvəl isə eyni nəticəni 1978-79-cu il mövsümündə “Kayzerslauten”i çalışdıran Karl-Haynz Feldkamp göstərmişdi. “Pivəçilər” növbəti turda da meydandan xalsız ayrılmasa, bu bundesliqanın tarixində bir ilk olacaq.
Xatırladaq ki, Almaniya çempionatının 14-cü turunda “Bavariya” Aryen Robbenin dublu sayəsində “Ayntraxt”ı 2:0 hesabı ilə məğub edib.





