İngiltərə Premyer Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib. Futbolinfo.az xəbər verir ki, "Fulhem" klubunun baş məşqçisi Martin Sol istefaya göndərilib.
 
Bu barədə klubun sahibi Xan Martin qərar qəbul edib. Klub sahibi "Onun səylərini təqdir edirik. Amma qazandığımız nəticələr bizi təəssüfləndirir. Azarkeşlərimiz daha artığına layiqdi. Qarşıda yarım mövsümdən artıq zaman var və təcili dəyişikliklərə əl atmağa məcburuq" deyib.
 
Xan Martin Rene Meulensteenin yeni baş məşqçi təyin olunduğunu bildirib: "Meulensteeni Martin Sola köməkçi gətirmişdik. Martinlə yollarımızı ayırdıqdan sonra baş məşqçi postunu ona təklif etdik. O da bu şansı və çətin missiyanı qəbul etdi".
 
Qeyd edək ki, 49 yaşlı Meulensteen 2007-ci ildən ötən mövsümün sonunadək "Mançester Yunayted"də Aleks Ferqyusonun köməkçisi olmuşdu.
Shares: