"Real"ın (Madrid) futbolçusu Serxio Ramos heyəti tərk etməyəcək. Futbolinfo.az xəbər verir ki, müdafiəçi transferi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Müdafiəçi Madrid klubunda heç bir problemi olmadığını və burdan ayrılmağı düşünmədiyini deyib:
"Komandamla daha üç illik müqaviləm var. Klub prezidenti Florentino Perezlə də heç bir problemim yoxdu. Burada özümü xoşbəxt hiss edirəm. Futbolçu karyeramı "Real"da başa vurmaq istəyirəm".
Qeyd edək ki, Ramosla "Mançester Siti", "Çelsi" və PSJ klubları maraqlanır.





