Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində “Bakı” “Sumqayıt”la qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, Aqil Məmmədovun yetirmələrini 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi 1/4 final mərhələsində “Rəvan”la qarşılaşmaq hüququ qazandı.
Oyundan sonra komandaların baş məşqçiləri görüşü belə şərh ediblər:
Aqil Məmmədov, “Sumqayıt”ın baş məşqçisi: “Çətin oyun oldu, komandadan narazi deyiləm. Çünki “Neftçi” ilə oyundan qaynaqlanan yorğunluq hiss edilirdi. Həmin oyunda bütün güclərini sərf etmişdilər”.
Milinko Pantiç, “Bakı”nın baş məşqçisi: “Çətin oyun olmasına baxmayaraq, üstün tərəf biz idik. Oyunçularımdan razıyam, o zaman narazı olardım ki, hücum olmazdı, üstün oynamazdılar. Ən azından arxayınam ki, qışdan sonra da oynayacağıq. Birinci qol onların səhvi olsa da, ikinci qolu yenə də vurduq. Qələbə münasibətilə komandamı təbrik edirəm”.





