Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən və hazırda davam edən "Xəzər Lənkəran" – "Neftçala" oyununda 4-cü qoldan sonra maraqlı anlar yaşanıb. Futbolinfo.az xəbər verir ki, lənkəranlı azarkeşlər Mustafa, Mustafa deyə qışqıraraq komandanın yeni baş məşqçisi Mustafa Dənizlini alqışlayıblar.
 
Fasilədə də eyni sədalar davam edib.
 
Qeyd edək ki, ilk hissədən sonra "Xəzər Lənkəran" 1-ci Divizion klubuna 4:0 hesabıyla qalib gəlir. Bu, Dənizlinin cənub klubunun sükanı arxasında debüt matçıdı. 
Shares: