Az öncə “Bavariya"nın aparıcı oyunçusu Aryen Robbenin zədələnməsi barədə xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, həkimlərin müayinəs zamanı dünən "Auqsburq"la matçda xəsarət alan holland yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib.
 
Klubun rəsmi saytından verilən açıqlamada onun dizindəki yaranın dərin olduğu və bu səbəbdən futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
 
Bununla da Robben 2013-ci ildə oynanılacaq 6 matçda forma geyinə bilməyəcək.
 
Bundan başqa o, Mərakeşdə təşkil olunacaq klublararası dünya çempionatında da iştirak etməyəcək.
Shares: