Dünən futbolinfo.az saytında AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun tezliklə postundan göndərilə biləcəyi ilə bağlı xəbər vermişdik. Belə ki, deyilənlərə görə, Arif Əsədov “təyyarəçilər”dən təklif alıb və komanda qələbəsiz matçlar seriyasını növbəti turda da qıra bilməsə, dəyişiklik qaçılmaz olacaq.
 
Ancaq bizimlə əlaqə saxlayan paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyilənləri təkzib etdi: “AZAL-da baş məşqçi ilə bağlı hər hansı dəyişiklik planlaşdırılmır. Düzdü, nəticələr ürəyimizcə deyil. Amma bu, başqa səbəblərdən qaynaqlanan məsələdi. Hər tur zədəlilərlə, cəzalılarla bağlı problemlərimiz olur. Komanda meydanda heç kimdən geri qalmır, normal futbol göstərir. Sadəcə, nəticə baxımından problem var ki, bunun da tezliklə yoluna düşəcəyinə inanırıq. Rəhbərlik də Vaqif Sadıqova inanır və ona tam dəstək verir”.
Shares: